BAKI, 28 aprel. TELEQRAF

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Teleqraf xəbər verir ki, parlamentdə Geka Geladzenin namizədliyini 85 deputat dəstəkləyib, 12 nəfər isə əleyhinə səs verib.

Səsvermədən əvvəl o, parlamentin Müdafiə Komitəsinin qapalı iclasında dinlənilib.

Parlament Geka Geladzeni altı illik müddətə təsdiqləyib.