BAKI, 28 aprel. TELEQRAF

Gürcüstanın yeni patriarxının seçiləcəyi Müqəddəs Sinodun genişləndirilmiş iclası mayın 17-nə qədər keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Andriya Caqmaidze bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən iclasda üç namizəd müəyyənləşdiriləcək, yekun qərar isə genişləndirilmiş toplantıda veriləcək:

"Genişləndirilmiş iclasın dəqiq vaxtı hələ məlum deyil, lakin o, mayın 17-dək baş tutmalıdır. Meyarlara əsasən, namizəd milliyyətcə gürcü, rahib olmalı, ilahiyyat təhsili almalı və 40-70 yaş aralığında olmalıdır. Müəyyən edilmiş qaydalara riayət olunması vacibdir".