BAKI, 27 aprel. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi yaxın vaxtlarda davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə deyib.

Hökumət başçısı delimitasiya prosesinin lazımi müddət ərzində yekunlaşacağını vurğulayıb:

"Sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışarkən, hərbi qulluqçuların öz xidmətlərini daimi dislokasiya yerlərində yerinə yetirmələrini istəyirik. Onlar onilliklər ərzində məlum səbəblərdən şəraitin heç də yaxşı olmadığı səngərlərdə və mövqelərdə xidmət edirlər".