BAKI, 16 aprel. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Spikerin sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri ilə görüş keçirəcək, onlarla regional məsələləri müzakirə edəcək.
“Əlbəttə, region ölkələrinin parlamentlərin sədrləri ilə görüşlər olacaq. Bu gün Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri ilə görüşəcəyəm, beynəlxalq təhlükəsizlik problemləri fonunda regionun əhəmiyyəti barədə danışacağıq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, ikitərəfli münasibətlərin irəliləməsi bizə Şərqlə Qərb arasında körpü olan regionumuzun gələcəkdə öz funksiyasını davamlı olaraq yerinə yetirəcəyinə ümid verir”, - Şalva Papuaşvili vurğulayıb.