BAKI, 14 aprel. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, o, Parlamentlərarası İttifaqın 152-ci konfransı ilə əlaqədar Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Səfər çərçivəsində o, Azərbaycanla yanaşı, Gürcüstandan olan həmkarı Şalva Papuaşvili ilə də görüş planlaşdırdığını bildirib.

“Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin rəhbərləri ilə görüşlər planlaşdırılır”, - Simonyan əlavə edib.