BAKI, 13 aprel. TELEQRAF
Bu gün Ermənistan parlamentinə seçkilərdə namizədlərin irəli sürülməsi prosesi başlayıb.
Teleqraf xəbər verir ki, aprelin 23-dək seçkilərdə iştirak üçün ərizə təqdim edən partiyalar və ya partiya blokları sənədlərini Ermənistan Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər.
İndiyə qədər heç bir siyasi qüvvə sənəd təqdim etməyib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.