BAKI, 7 aprel. TELEQRAF

“ABŞ və İsrailin ölkəmizə qarşı müharibəyə başlamasından bəri İranla Ermənistan arasında ticarət bir qədər zəifləyib”.

Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.

Diplomat əlavə edib ki, müharibənin davam etməsinə baxmayaraq, iki ölkə arasında ticarət davam edir, sərhəd açıqdır, avtobuslar və yük maşınları da daxil olmaqla, nəqliyyat vasitələri keçid edir.

Şirqulami Araz çayı üzərində ikinci körpünün tikintisi planından da bəhs edərək, bunun Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına da töhfə verəcəyini bildirib:

“Bu layihə başa çatdıqda iqtisadi əlaqələrimiz genişlənəcək. Məsələ ilə bağlı Ermənistan rəsmiləri ilə təmasdayıq. Bu, birgə layihə olacaq. İranla Ermənistan arasında dəmir yolu əlaqələri də daxil olmaqla, yeni tranzit marşrutlarını aktivləşdirməklə münasibətlərimizin inkişafına müsbət töhfə verə bilərik”.