BAKI, 1 aprel. TELEQRAF

“Rusiya hibrid təhdidlərə qarşı mübarizədə Ermənistanla əməkdaşlığa hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiyanın geniş imkanları var, amma bu, ikitərəfli yoldur. Maraq və ehtiyac olarsa, Rusiya informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və beynəlxalq platformalarda əməkdaşlıq sahələrində əməkdaşlığa hazırdır”, - o, brifinqdə deyib.

Ermənistan KİV-in məlumatına görə, İrəvan bundan əvvəl iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Rusiyadan hibrid hücumlarla mübarizədə Avropa İttifaqından kömək istəyib. Brüssel İrəvanın müraciətini qəbul edərək, müvafiq yardımın ediləcəyini bəyan edib. Moskva bu cür iddia və ittihamlarla razılaşmır.