BAKI, 24 mart. TELEQRAF

“Yeni Konstitusiyanın qəbulu Ermənistanın maraqlarına uyğundur”.

Teleqraf xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistan Konstitusiyasına nəzərdə tutulan dəyişikliklər Azərbaycanın yox, Ermənistanın maraqları üçün edilir. Bunlar Ermənistanın yaşaması və gələcəyi üçündür. Mən Ermənistanın maraqlarını düşünürəm. Ermənistanın maraqları isə diktə edir: biz elə bir Konstitusiyaya sahib olmalıyıq ki, heç kimə bizi regionda təhlükə kimi görmək üçün bəhanə verməsin”, - spiker bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.