BAKI, 18 mart. TELEQRAF
Ermənistanın yeni Konstitusiyasının mətni iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl dərc olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan açıqlama verib.
“Mətni dərc edəcəyik, sonra hansı müddəaların qalacağı, hansıların qalmayacağı məlum olacaq. Bunun tezliklə baş tutması üçün intensiv şəkildə çalışırıq. İnanıram ki, Konstitusiyanın mətni seçkilərdən əvvəl dərc olunacaq”, - nazir vurğulayıb.