BAKI, 12 mart. TELEQRAF
“Sülh müqavilənin imzalanması yox, paraflanması kontekstində bərqərar olub. İndi sülhün möhkəmləndirilməsi və onun geridönməzliyi barədə danışırıq. Bu baxımdan həm Azərbaycan, həm də Ermənistanda daxili siyasi proseslər önəmlidir”.
Teleqraf xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişi haqqında danışarkən deyib.
Baş nazir bundan əvvəl səsləndirdiyi o fikri təkrarlayıb ki, Ermənistan Karnidzor-Yerasx vasitəsilə Azərbaycanın qərb bölgələri və Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır:
“Faktiki olaraq Azərbaycan dəmir yolundan istifadə edirik və bunun birtərəfli olmasını istəmirik. Müvafiq olaraq biz də öz addımımızı atmaq istəyirik”.