BAKI, 12 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Xarici Kəşfiyyat Xidmətinin seçkilərdən əvvəl xaricdəki Ermənistan vətəndaşlarına təzyiq göstərildiyi barədə son açıqlamasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bütün bunlara hüquqi qiymət verilməli olduğunu deyib.
“Həmçinin mənim inamım budur və şübhəm yoxdur ki, nəzəri olaraq belə hal baş verərsə, Rusiyada yaşayan vətəndaşlarımızın əksəriyyəti bizim lehimizə səs verərdi. Buna şübhəm yoxdur”, - Paşinyan əlavə edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.