BAKI, 11 mart. TELEQRAF
“Moskva Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir etmək istəyir və bunun üçün Rusiyada yaşayan erməniləri cəlb edirlər”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib.
“Bu məqsədlə Samvel Karapetyan, Robert Köçəryan və digərlərindən fəal şəkildə istifadə edirlər. Rusiya çox sərt davranır, hamını qurban verir”, - o bildirib.
Bununla belə, Qriqoryan hesab edir ki, Azərbaycanla sülhün bərqərar olmasından və ABŞ ilə razılaşmalardan sonra artıq Ermənistan bölgədə siyasi faktor sayılır: “Əvvəllər isə hansısa məsələ gündəmə gələndə bizə deyirdilər ki, gedib Moskva ilə danışın”.
Politoloq yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasına “Molotov kokteyli”nin atılmasını da hibrid müharibənin elementi hesab edir:
“MTX-nın binasına “Molotov kokteyli” atırlar, seçkilərdən əvvəl Ermənistanda sabitliyi pozmaq, qorxu mühiti yaratmaq istəyirlər”.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.