BAKI, 10 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə baş nazir sosial media hesabında məlumat verib.

Görüş Fransanın paytaxtında keçirilən II Nüvə Enerjisi Sammiti çərçivəsində baş tutub.