BAKI, 10 mart. TELEQRAF

Bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının adından çıxış edən şəxslər Ermənistan vətəndaşı olan iş adamlarına təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Ermənistanın kəşfiyyat orqanları xarici ölkələrdə iqtisadi fəaliyyətlə məşğul olan erməniəsilli şəxslərə qarşı təhdidlərin artması barədə məlumatlar əldə edib. Bəlli olub ki, müxtəlif qüvvələr həmin iş adamlarını Ermənistanda gözlənilən parlament seçkilərində iştirak edəcək müəyyən siyasi qruplara dəstək verməyə məcbur edir.

"Bu fəaliyyətlər həmin iş adamları tərəfindən siyasi qüvvələrə həm maddi, həm də təşkilati dəstəyin göstərilməsini hədəfləyir", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-ə keçiriləcək.