BAKI, 6 mart. TELEQRAF
İsrail Müdafiə Qüvvələri bu gün Tehranda İranın keçmiş ali rəhbəri Əli Xamenei üçün inşa olunmuş yeraltı bunkeri məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Yeraltı bunker liderin “Aslanın Nərəsi” əməliyyatı zamanı döyüşü idarə etməsi üçün nəzərdə tutulmuş təhlükəsiz fövqəladə idarəetmə məntəqəsi idi. Amma o, bu bunkerdən istifadə etməyə macal tapmadan öldürüldü”, - açıqlamada vurğulanıb.
Qeyd edilib ki, bombardman edilən bunkerin içərisində İran rejiminin yüksək vəzifəli şəxsləri də ola bilərdi.
Bunker İsrail Hərbi Hava Qüvvələrinə məxsus təxminən 50 döyüş təyyarəsi tərəfindən vurulub. Kompleks hökumət kompleksinin altında qurulub. Bunker tam məhv edilənə qədər zərbəyə məruz qalıb və 100-dən çox sursat istifadə olunub.