BAKI, 6 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə parlament seçkilərində qələbə üçün yeni plan təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Nəşrin yazdığına görə, baş nazir komandasının üzvlərinə belə deyib:
“Hamınız katolikos və sair məsələləri unudun, müxalifəti bir-biri ilə dalaşdırmaq kimi “müqəddəs işə” işə keçin. Onları elə qızışdırmalıyıq ki, bizi unudub, bir-birini parçalamağa başlasınlar”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.