BAKI, 5 mart. TELEQRAF

Rusiya ilə Ermənistan dəmir yolunun konssesiya əsasında idarəçiliyinin başqa ölkəyə verilməsi məsələsi ilə bağlı ilə işçi səviyyəsində müzakirələr aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bəli, Rusiyadakı tərəfdaşlarla işçi səviyyəsində müzakirələr aparılır. Bu məsələdə müəyyən anlaşma da görürük, ona görə təşəkkür edirik. Çünki bir daha deyirəm ki, bunlar Rusiya əleyhinə deyil. Tərəfdaşlarımızla obyektiv vəziyyəti paylaşırıq, deyirik ki, Ermənistan bu vəziyyətdə rəqabət üstünlüklərini itirir. Başqa heç bir motivimiz yoxdur. Ümid edirəm ki, konkret həllərə nail ola biləcəyik”, - baş nazir jurnalistlərə açıqlamasında qeyd edib.