BAKI, 4 mart. TELEQRAF
“Ermənistanın sabiq prezidentləri seçkilərdə iştirak etdikdə, bu, onların iştirakı ilə Nikol Paşinyanın yenidən seçilmə şanslarını artırır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Birlik Qanadları” partiyasının sədri Arman Tatoyan deyib.
“Sabiq prezidentlər iştirak edəndə Nikol Paşinyanın xeyrinə təkcə onu dəstəkləyən insanlar yox, həm də keçmişə qayıdışı istəməyən insanlar səs verirlər. Üstəgəl, belə olanda sabiq prezidentlər hakimiyyətə əlavə legitimlik qazandırırlar”, - o bildirib.
Tatoyan vurğulayıb ki, Levon Ter-Petrosyan və Serj Sərkisyan qarşıdakı seçkilərdə şəxsən iştirak etməyəcək: “Çox yaxşı olardı ki, Robert Köçəryan da bu nümunəni izləsin, biz də bu bədbin dairədən çıxa bilək”.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.