BAKI, 24 fevral. TELEQRAF

“Artıq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Ernest Qazaryan deyib.

“Sülh artıq reallıqdır. Qan tökülməsi dayanıb. Sülhün bərqərar olmasından sonra iki ölkə arasında iqtisadi və diplomatik münasibətlər bərpa olunur”, - o bildirib.

Qazaryan Ermənistan-Türkiyə münasibətləri ilə bağlı qeyd edib:

“Əgər Türkiyə bizi “yemək” istəsəydi, çoxdan bunu etmişdi. Sərhədlərin açılması bu demək deyil. Amma sərhədin açılmasından sonra Türkiyə bazarına daxil ola və qazanc əldə edə bilərik. Türkiyə ilə münasibətlərimizi normallaşdırmalıyıq”.

Siyasətçi iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyan və partiyasının növbəti dəfə qələbə qazanacağını vurğulayıb:

“Vətəndaşlar iyunun 7-də sülhə səs verəcəklər”.