BAKI, 14 fevral. TELEQRAF

Bu gün Ermənistanda sülh hakimdir.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında bildirib.

Səhiyyə naziri çıxışında Ermənistandakı cari sülh şəraitinə toxunaraq, şəxsi hisslərini bölüşüb:

"Bu gün Ermənistanda sülh hakimdir. Mən iki əsgər anası kimi gecələr rahat yatıram. Bu, ölkədəki vəziyyətin sabitliyinin göstəricisidir".