BAKI, 13 fevral. TELEQRAF

Gördüyümüz işlər və vətəndaşlarla gündəlik intensiv ünsiyyətlə 2026-cı il parlament seçkilərinə qələbə əzmi ilə gedirik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bildirib.

“Vətəndaşlarla hakim “Vətəndaş Müqaviləsi” Partiyasından daha intensiv ünsiyyət quran başqa siyasi qüvvə yoxdur - nə yerli özünüidarəetmə orqanları, nə bölgələr, nə hökumət, nə də parlamentdə. Bu ünsiyyətlərdən doğan etimad bizə göstərir ki, seçkilərə qalib gəlmək yolundayıq. Bu, 2021-ci ildə də, 2018-ci ildə də belə olmuşdu”, - o vurğulayıb.

Jurnalistin erməniəsilli rusiyalı iş adamı, sədri olduğu “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyanın seçkilərə qalib gəlmək və hakimiyyəti ələ almaq niyyəti ilə bağlı bəyanatını xatırlatmasına cavab olaraq Xudatyan bildirib:

“Hər şeyi seçkilərin nəticələri göstərəcək. 2021-ci ildə Robert Köçəryan da hakimiyyətə gələcəyinə əmin idi, nəticəni gördük. 2018-ci ildə isə Serj Sərkisyan üçüncü müddət üçün də qalacağına əmin idi, onun da nəticəsini də gördük”.