BAKI, 13 fevral. TELEQRAF

“Hələlik Avropa İttifaqının (Aİ) müşahidə missiyasının gələcək fəaliyyəti ilə bağlı dəqiq təsəvvür yoxdur, amma onların Ermənistanda qalmasını istəyirik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Məlumdur ki, (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi çərçivəsində razılaşmalar var, o imzalanmalı və ratifikasiya olunmalı, qüvvəyə minməlidir. Amma bir məsələ dəqiqdir: missiyanın Ermənistanda qalmasını istəyirik və bu istiqamətdə işləməyə davam edəcəyik.

Gələcək əməkdaşlıq formaları hələ müzakirə mərhələsindədir. Müzakirə edərək, hansı fəaliyyət çərçivəsində əməkdaşlıq edə biləcyimizi aydınlaşdırmağa çalışacağıq. Amma bu həm də sülh müqaviləsinin ratifikasiyasından asılı olacaq”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddə yerləşdirilməsini istisna edir.