BAKI, 12 fevral. TELEQRAF

Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi seçilib.

Teleqraf xəbər verir ki, bu, partiyanın fevralın 12-də keçirilən qurultayında elan edilib.

Qeyd edək ki, Samvel Karapetyan ikili vətəndaşlığa malikdir, Ermənistanın qüvvədə olan müvafiq qanununa əsasən, baş nazir vəzifəsini tuta, həmçinin deputatlığa namizəd ola bilməz.

Rusyalı iş adamının qardaşı oğlu, “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyan deyib ki, hazırda Ermənistan Konstitusiyasının 148-ci maddəsi buna imkan vermir, amma onlar parlamentdə bu maddəni dəyişdirməyi planlaşdırırlar.

Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. İş adamına qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.