BAKI, 11 fevral. TELEQRAF
“Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dəmir Yolları Şirkəti rəhbərinin birinci müavini Sergey Pavlov deyib.
Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq, uzun fasilədən sonra - 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana ilk taxıl qatarı çatdırılıb.
"Çatdırılmalar artıq müntəzəm hala gəlib. Bu marşrut üzrə çatdırılmaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, - o əlavə edib.