BAKI, 10 fevral. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da həyat yoldaşı Uşa Venslə birlikdə İrəvanda erməni soyqırımı abidəsi”ni ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ziyarətdən əvvəl “soyqırımı kompleksi” ətrafında güclü təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-dan həyat yoldaşı Uşa Venslə birlikdə Ermənistanda rəsmi səfərdədir.

Ceyms Devid Vens bu gün İrəvandan Bakıya uçacaq.