BAKI, 9 fevral. TELEQRAF
“ABŞ-nin keçmiş administrasiyası (Co Bayden) geostrateji baxımdan ABŞ-Gürcüstan münasibətlərinə ciddi zərbə vurub, bu, düzəldilməsi çox çətin prosesdir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentindəki hakim “Gürcü Arzusu” fraksiyasınən üzvü Tengiz Şarmanaşvili deyib.
“ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ-də bizim Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilib və bu addımları irəliləyiş kimi qiymətləndirirlər. Amerikalılar tərəfindən verilən belə açıqlamalar optimizm yaradır. Bu, çətin, amma aşılacaq prosesdir. Münasibətlər mütləq yenidən qurulacaq, çünki ABŞ-nin yeni administrasiyasının (Donald Tramp) baxışları Gürcüstanın baxışları ilə detallarına qədər üst-üstə düşür. İşləri pozmaq asandır, sonra bunu düzəltmək çətindir. Münasibətlər bütün istiqamətlər üzrə pozulub, amma tədricən bərpa prosesinə başlayırıq”, - Şarmanaşvili qeyd edib.