BAKI, 3 fevral. TELEQRAF
“Qarşıdan gələn parlament seçkiləri ilə bağlı hələlik qərar qəbul etməyib. Qərarımız yoxdur, əgər qəbul etsək, deyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bildirib.
Eks-prezident Ermənistan müxalifətinin seçkilərlə əlaqədar birləşmə perspektivini çətin məsələ hesab edir.
“Mənim də istəyim var, amma hadisələr göstərir ki, müxalifətin birləşməsi çox çətin məsələdir və məsələ təkcə siyahı ilə bağlı deyil”, - Sərkisyan vurğulayıb.
O əlavə edib ki, hədəfi ancaq Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır:
“Bu, bizim prinsipimizdir. Biz belə davranırıq və bundan sonra da bu cür davranmağa davam edəcəyik”.