BAKI, 3 fevral. TELEQRAF
“Azərbaycandan idxal olunan benzinin Ermənistanda qiymətlərə təsiri yanvar üzrə inflyasiya göstəricilərində özünü göstərəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib.
Qalstyan qeyd edib ki, hələlik bu mövzuda ətraflı təhlil yoxdur.
“Buna baxmayaraq, benzinin idxalı nəticəsində müəyyən təsirləri görəcəyik, amma düşünürəm ki, tədarük edilən benzinin həcmini nəzərə alsaq, bu təsirlər əhəmiyyətli olmayacaq”, - Martin Qalstyan vurğulayıb.
O hesab edir ki, Azərbaycandan benzin tədarükü nə qədər çox olsa, qiymətlərə təsiri də o qədər olacaq.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, əgər sərhədlər açıq olarsa və mallar, eləcə də xidmətlərin idxal-ixrac baxımından azad hərəkəti təmin edilərsə, bu, ölkə üçün müsbət təsir göstərəcək.