BAKI, 2 fevral. TELEQRAF

“Qrantlar haqqında” qanunun qəbul edilməsinin motivi dəyişməyib, Gürcüstan xalqı xaricdən daxil olan vəsaitlər və onun məqsədləri barədə məlumatlı olmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

Onun sözlərinə görə, xaricdən maliyyələşdirməni şəffaflaşdırmaq üçün qanuna əlavə mexanizm lazımdır.

“Əgər bu məqsəddə razılaşırıqsa, əlbəttə, bizim öhdəliyimiz qanunu tam və mükəmməl etməkdir. Bir neçə dəfə qanunun üzərindən kənar yollarla keçilməsi halları baş verib, o cümlədən QHT-ləri maliyyələşdirmək üçün hər cür yol tapılacağına dair hədələr olub. Bilmirəm, qanunun üzərindən kənar yollarla keçilməsinə nə ehtiyac var idi, hansı fəaliyyət həyata keçiriləcəkdi? Qanunun üzərindən kənar yollarla keçilməsi imkanları xaricdə filialların açılması ilə yaranıb. Əgər bu məqsəddə razılaşırıqsa, razılaşmalıyıq da, qanuna əlavə mexanizm lazımdır ki, xaricdən daxil olan maliyyələşdirmə daha şəffaf olsun, məqsədini də bilək”, - Nino Tsilosani vurğulayıb.