BAKI, 23 yanvar. TELEQRAF
Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu II Qareginə qarşı yeni cinayət işi hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” mənbələrə istinadla məlumat yayıb.
“Bizə bildirilib ki, İstintaq Komitəsində “çirkli pulların yuyulması” maddəsi üzrə ittiham araşdırılır. Həmin icraat çərçivəsində “Şoğakat” televiziya şirkətinin direktoru Manya Qazaryan dindirilib. O da bu iş üzrə hədəfdə olan fiqurlardan biridir”, - nəşr yazıb.