BAKI, 22 yanvar. TELEQRAF
Hələlik Gürcüstanla Rusiya arasında siyasi dialoqun bərpası üçün heç bir zəmin yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Söhbət Moskva ilə Tbilisi arasında siyasi dialoqun bərpasından gedirsə, təəssüf ki, bunun üçün hələlik heç bir ilkin şərt mövcud deyil”, - o qeyd edib.