BAKI, 20 yanvar. TELEQRAF
“Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalarkən Avropa İttifaqı (Aİ) standartlarını qəbul etmək mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir eyni anda həm AİB, həm də Aİ üzvü olmadığın mümkünsüzlüyünə diqqət çəkib:
“Bu, texniki cəhətdən mümkün deyil. Bunlar təkcə fərqli ticarət və investisiya qaydalarına görə yox, həm də Brüsselin Ermənistanın hüquqi çərçivəsini yenidən formalaşdırmaq, onu öz standartlarına uyğunlaşdırmaq istədiyi üçün bir-biri ilə uyğunsuzdur”.
Lavrovun sözlərinə görə, bu standartlar Rusiya əleyhinə sanksiyalar və bəyanatlar da daxil olmaqla, Aİ-nin xarici siyasətinə tam uyğunluğu nəzərdə tutur.