BAKI, 15 yanvar. TELEQRAF

“Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin - red.) hibrid müharibənin konkret nümunəsidir”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistana qarşı hibrid müharibə aparması ilə bağlı suala cavab verərkən deyib.

Paşinyan jurnalistin bir başqa sualına cavabında qeyd edib ki, bir xain var, o da Ktriç Nersisyandır:

“Ktriç Nersisyan erməni kilsəsi, İsa Məsih və onun dindar ardıcıllarına xəyanət edib. O, müqəddəs deyil, İsa Məsihə xəyanət etmiş adi xaindir”.