BAKI, 14 yanvar. TELEQRAF

Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili konqresmen Anna Paulina Luna ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə ABŞ və Gürcüstan arasında ikitərəfli münasibətlər və onun gələcəkdə möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Söhbət zamanı beynəlxalq geosiyasi proseslərə də toxunulub. Suverenliyin qorunması, düzgün miqrasiya siyasəti, enerji müstəqilliyi və sülh siyasətinin vacibliyi vurğulanıb.