BAKI, 14 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması üçün konkret tarix qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hökumətə yaxın mənbələr əminliklə bildirirlər ki, Nikol Paşinyan komandasının qarşısında yanvar ayı ərzində bütün səyləri göstərmək və nəyin bahasına olur-olsun, II Qareginin taxtdan uzaqlaşdırılmasına nail olmaq tapşırığı qoyub.

Pərdəarxası məlumata görə, baş nazir komanda üzvlərinə belə deyib: “Artıq sizin sızlanmalarınızı eşitmək istəmirəm, işi uzatmırıq, bu ay, vəssalam”, - nəşr yazıb.