BAKI, 14 yanvar. TELEQRAF
“İrandakı rejim devrilməyə məhkumdur”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson deyib.
“Hakimiyyəti qorumaq üçün kütləvi qırğınlar törədən rejimlər zəifdir və devrilməyə məhkumdur. İran xalqı cəsarət və dözümlülüklə, fasiləsiz şəkildə bu ölüm təriqəti olan rejimdən azadlıq və insan ləyaqəti tələb edir”, - senator vurğulayıb.