BAKI, 7 yanvar. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin yanvarın 15-dək vəzifəsindən uzaqlaşdırılacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni din adamı Armen Melkonyan yerli KİV-ə deyib.

“Hər şey qaydasında gedir. Baş nazir Nikol Paşinyan və yepiskoplar ayın 15-dək Ktriç Nersisyanın (II Qaregin) səhifəsinin bağlanacağına qərar veriblər. Bu, son mərhələdir”, - o bildirib.

Keşişin sözlərinə görə, II Qaregin katolikos taxtında olduğu müddətcə onu murdarlayır: “O, dövlət əleyhinə təbliğat aparmaq üçün kilsədən istifadə edir”.