BAKI, 6 yanvar. TELEQRAF
İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə yürüş keçirilib.
Teleqraf xəbər verir ki, hökumət başçısının özünün “dini yürüş” adlandırdığı tədbir Ermənistan rəhbərliyinin qatıldığı Surb Qriqor Lusavoriç Kafedralında Milad ayinindən sonra başlayıb.
Nikol Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edib.
Yürüşdə baş nazirlə yanaşı, Surb Qriqor Lusavoriç Kafedralında keçirilən Milad ayinində iştirak edən rəsmilər də iştirak edib, onlara hakim “Vətəndaş Müqaviləsi” Partiyasının digər üzvləri də qoşulub.
Aksiya iştirakçıları Müqəddəs Məryəm Ana Kilsəsinə yürüş ediblər.