BAKI, 31 dekabr. TELEQRAF

“Artıq ermənilər Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı müxalifət lideri kimi qəbul etmirlər”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Edqar Vardanyan deyib.

“Gallup”un ölkədə keçirdiyi sorğuya istinad edən ekspert bildirib ki, Köçəryan reytinqdə hazırda həbsdə olan erməniəsilli rusiyalı milyarder Samvel Karapetyandan geridədir:

“Müxalifət tərəfdarları sorğuda bəyan etdilər ki, biz əsas müxalifət kimi Köçəryana güvənmirik, ümidimiz Samvel Karapetyanın “Bizim Yol” Hərəkatının namizədinədir. Amma “Bizim Yol” da təhlükəli, konstitusiyaya zidd hesab edilməlidir”.

Edqar Vardanyan katolikos II Qareginin timsalında kilsə xadimlərinin radikal müxalifət qrupuna çevrildiyi və uzun müddətdir partiya fəaliyyətləri ilə məşğul olduqlarını söyləyib:

“Ruhanilərin etirazlarını nəzərə alsaq, kilsə daxilində dərin böhran var. Böhran katolikosun istefası ilə həll olunacaq. Kilsə dövlətdən kənarda deyil, məsuliyyət daşımalıdır”.