BAKI, 23 dekabr. TELEQRAF
ABŞ səfiri Kristina Kvinn üç illik xidmət müddətindən sonra Ermənistandakı vəzifəsini başa vuracaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri məlumat yayıb.
Səfirlik bildirib ki, səfirin gedişindən sonra ABŞ-nin Ermənistan siyasəti dəyişməyəcək:
“ABŞ Ermənistanla tərəfdaşlığına sadiq qalır və ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlığın davamlı inkişafını görməyi gözləyir. Həmçinin, avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi sülh sammiti zamanı Prezident Tramp və Baş nazir Paşinyan arasında imzalanmış ikitərəfli razılaşmaların həyata keçirilməsini dəstəkləyir”.