BAKI, 18 dekabr. TELEQRAF

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın tapşırığı ilə erməni kilsəsini işğal etməyə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

“Bizi aylarla Erməni Apostol Kilsəsinin daxili işlərinə qarışmaqda və onu işğal etməkdə ittiham edən Rober Köçəryan və rusiyalı biznesmen (Samvel Karapetyan) bu gün kilsənin daxili işlərinə müdaxilə etməyə və onu işğal etməyə hazırlaşırlar.

Bütün bunlar Ktriç Nersisyanın (katolikos II Qarergin) dəvəti ilə baş verir.

Məni yalnız bir sual maraqlandırır: Köçəryan söyləyirdi ki, müxalifət hərəkatına arxiyepiskoplardan biri rəhbərlik etməlidir və aylar sonra bu, həqiqətən də baş verdi, bu, Köçəryanın göstərişinin Ktriç Nersisyan tərəfindən yerinə yetirilməsinin nəticəsidir, yoxsa həm Köçəryan, həm də Ktriç Nersisyanına bunu onların ortaq sahibi (Rusiya) tapşırmışdı?”, - o bildirib.