BAKI, 16 dekabr. TELEQRAF
Rusiya Cənubi Qafqazda problemlərin regional səviyyədə həllini tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu prinsip "3+3" regional əməkdaşlıq platformasının fəaliyyəti üçün əsasdır:
"Platforma çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə birgə işləyir. Bu konsepsiya Azərbaycan tərəfi tərəfindən irəli sürülüb və 2023-cü ilin oktyabrında Tehranda keçirilən “3+3” xarici işlər nazirləri görüşündə təsdiqlənib".