BAKI, 15 dekabr. TELEQRAF
“Uzun müddətdir Ermənistanın adi kilsələrində moizə oxunmur, halbuki liturgiya qaydalarına əsasən, ibadət zamanı mütləq mərasimin bir hissəsində ibadəti aparan keşiş moizə ilə çıxış etməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Nikol Paşinyan bildirib.
“Yazdıqları siyasi mətnləri göndərib deyirlər ki, oxuyun. Kilsəni siyasi partiyaya çeviriblər, bu da qətiyyən qəbuledilməz və yolverilməzdir.
Sonra gətirib mənə göstərirlər, səfərdən qayıdan kilsənin hazırkı rəhbəri (II Qaregin) hava limanında çıxış edərkən soruşur ki, bəs xalq hanı? Xalq yoxdur. Xalq yoxdur, çünki o, xalq üçün olmayıb, xalq da onun üçün yoxdur, çünki o, xalqı kilsədən uzaqlaşdırıb”, - Paşinyan qeyd edib.