BAKI, 10 dekabr. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan parlamentariləri arasında geniştərkibli görüşün keçirilə biləcəyini istisna etmir.

Teleqraf xəbər verir ki, o, bu məsələni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə müzakirə edəcəyini deyib.

“Həmişə təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırıq, azərbaycanlı həmkarım da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdədir. Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın iclası çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri (Sahibə Qafarova) arasında görüşün olacağını güman edirəm. Artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik”, - Simonyan bildirib.