BAKI, 8 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan katolikos II Qareginin uzaqlaşdırılmasından sonra erməni kilsəsinin yenilənməsi üçün yol xəritəsini təqdim edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

Yol xəritəsi “Katolikos Nersisyanın (II Qaregin) uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin yenilənməsi” adlandırılır.

Yol xəritəsi “müvəqqəti katolikosun seçilməsi”, “Erməni Apostol Kilsəsinin nizamnaməsinin qəbul edilməsi” və “bütün ermənilərin katolikosunun seçilməsi” kimi bəndləri əhatə edir.