BAKI, 6 dekabr. TELEQRAF

ABŞ Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağına ümid edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak deyib.

Amerikalı diplomat Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını xatırladaraq qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması gözlənilir.

“Bloomberg” bundan əvvəl mənbələrə istinadla yazmışdı ki, Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür.

Mənbə bildirmişdi ki, Türkiyə-Ermənistan sərhədinin açılması birbaşa Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişindən və ya sülh sazişinin imzalanmasından asılıdır.

Türkiyə mənbələrinə görə, hələlik sərhədin açılması üzrə konkret müddət müzakirə olunmur.