BAKI, 26 noyabr. TELEQRAF
“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir, amma müqavilənin imzalanması üçün dəqiq tarix yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
Xarici işlər nazirinin müavini qeyd edib ki, tərəflər arasında təmaslar davam edir.
Sülh sazişinin imzalanmasının mümkün tarixi barədə suala Ermənistan rəsmisi belə cavab verib ki, konkret tarix barədə heç nə deyə bilməz.