BAKI, 22 noyabr. TELEQRAF
Noyabrın 22-də Ermənistanda dövlət orqanları nümayəndələrinin ilk konfransı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial mediada video yayıb.
Baş nazir konfrans çərçivəsində çıxış edib.
Qeyd edək ki, tədbirə Ermənistanın bütün siyasi elitası da qatılıb.