BAKI, 19 noyabr. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.

Teleqraf xəbər verir ki, təkbətək görüş zamanı Gürcüstan və Ermənistan arasında ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə həmkarlar mövcud siyasi prosesləri müzakirə edib, həmçinin sürətlə dəyişən beynəlxalq nizam fonunda regionda sülh və sabitliyin qorunmasının vacibliyinə diqqət çəkiblər.

Mixeil Kavelaşvili qeyd edib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır: “Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və lazım gəldikdə öz töhfəsini davam etdirməyə hazırdır”.